Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 16:40:00
Yüksək texniki peşə təhsili istiqamətində 15-dən çox yeni ixtisas açılacaq  

2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul üçün yüksək texniki peşə təhsili istiqamətində 15-dən çox yeni ixtisas açılacaq.

 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov “Abşeron yarımadası və xaricində peşə təhsili” kitabının təqdimat mərasimində deyib.

 

O bildirib ki, 2020-2021-ci tədris ilində ilk dəfə pilot olaraq yüksək texniki peşə təhsili istiqamətində ixtisaslara qəbul aparılıb. Yüksək texniki peşə təhsili məzunlarına subbakalavr dərəcəsi verilir ki, bu da onlara karyeralarının qurulmasında üstünlük verir.