Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-28 15:05:00
İyulun 1-də və 2-də DİM tərəfindən bu imtahanlar keçiriləcək-SİYAHI  
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, iyulun 1 və 2-sində aşağıdakı imtahanlar keçiriləcək:
 
 
1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.
4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları