Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 13:16:00
Universitetlərdə Məzun günü keçirilə bilər - Yalnız bu şərtlərlə-RƏSMİ

 

Koronavirus  pandemiyası  səbəbi  ilə  ötən  il  ali  və  ümumi –orta  təhsil  müəssisələrində  Məzun  günü  onlayn  şəkildə  təşkil  edilmişdi.

 

Ancaq  bu  il  Nazirlər  Kabineti  yanında  Operativ  Qərərgahın  razılığı  ilə  ümumi   təhsil  müəssisələrində  müəyyən  edilmiş qaydalara  uyğun  olaraq  “Son  zəng” tədbirlərinin  keçirilməsinə icazə  verildi.

 

Bəs  bu  icazə  ali  təhsil  müəssisələrinə  də  aid  edilirmi? Ali  və  orta  ixtisaqs  təhsili  müəssisələrində  Məzun  günləri  müəyyən  qaydalara  uyğun  şəkildə  keçirilə  bilərmi?

 

Bununla  bağlı  Təhsil  Nazirliyindən AzEdu.az-ın  sorğusuna  cavab  olaraq  Məzun  günlərinin  müəyyən  edilmiş  qaydalara  uyğun  şəkildə  təşkil  edilməsinə  icazə  verilib:

 

“Ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Bununla bağlı bildiririk ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər”.

 

Qeyd  edək  ki, 14  iyun  tarixində  ümumi  təhsil  müəssisələrində  “son  zəng” tədbirləri təşkil edilib.