Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 09:36:00
Bu gündən tədrisi digər dillərdə aparılan uşaqlar üçün məktəb seçimi başlayır

Bu gündən tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçimi başlayır.

Təhsil Nazirliyindən verilən məlumata görə, məktəb seçiminə saat 11:00-dan start veriləcək.

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.