Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 12:36:00
Yay məktəbi çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin dərsləri uğurla davam edir  

Ümumtəhsil məktəblərində təşkil edilən yay məktəbi çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin dərsləri uğurla davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həftədə 2 dəfə keçirilən dərslərdə həm layihədə iştirak edən məktəblərin, həm də digər məktəblərin şagirdləri iştirak edə bilirlər. Layihədə iştirak etməyən şagirdlər üçün “Scratch” və “Python” proqramlaşdırma dillərinin əsasını öyrətmək üçün xüsusi proqram hazırlanıb.