Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 10:12:00
“Virtual məktəb” platformasında irad və təkliflərinizi yaza biləcəksiniz-YENİLİK

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesi davam edir.

 

Bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq  irad və təklifləri yazmaq mümkündür. 

 

Qeyd edək ki, Təhsil Nazirliyi şagirdləri bu il ilk dəfə olaraq keçirilən sorğuda yaxından iştiraka dəvət edir.