Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 09:12:00
Keçən il müxtəlif hərbi qarşıdurmalara səkkiz mindən çox uşaq cəlb edilib  

Səkkiz mindən çox uşaq 2020-ci ildə müxtəlif hərbi qarşıdurmalarda əsgər kimi istifadə edilib.

CNN xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin illik hesabatında bildirilir.

Baş katibin uşaqlar və silahlı münaqişə ilə bağlı hesabatında uşaqların öldürülməsi, yaralanması, uşaqlara cinsi təcavüz, həmçinin qaçırma, işə götürmə, məktəblərə və xəstəxanalara hücumla barədə məlumatlar yer alır.

 

Sənəddə bu pozuntuların 21 münaqişədə 19 379 uşağa qarşı törədildiyi təsdiqlənib.

2020-ci ildə ən çox pozuntu Somali, Konqo Demokratik Respublikası, Əfqanıstan, Suriya və Yəməndə qeydə alınıb.

Məlumata görə, dünyada 8 521 uşaq hərbi əməliyyatlarda iştirak etmək məcburiyyətində qalıb. Müxtəlif toqquşmalarda 2 674 uşaq ölüb və 5 748 uşaq yaralanıb.

Quterreş sənəddə yetkinlik yaşına çatmayanları qorumaq üçün tədbir görməyən ölkələri də “qara siyahı”ya salıb: əsas Myanma və Cənubi Sudan yer alır. Qeyd olunur ki, bu yolla BMT ölkələri məsuliyyətli olmağa çağırmaq və onları müsbət dəyişikliklərə sövq etmək niyyətindədir.