Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 17:23:00
Paytaxt məktəbində "Çin olan arzular" adlı muzey yaradılıb

Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə "Yay məktəbi" çərçivəsində "Çin olan arzular" adlı zəfər tarixini əks etdirən muzeyin açılışı olub. 

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib. 

 

Tədbirdə çıxış edən Xəyalə Əhmədzadə şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək məqsədilə bu cür muzeylərin yaradılmasının əhəmiyyətini vurğulayıb. 

 

Tədbirdə şagirdlərin ifasında "Zəfərə gedən yol" və "Vətən yaxşıdır" mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş edilib. 

 

Həmçinin şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Qeyd edək ki, "Yay məktəbi"ndə müvafiq fənlər üzrə nümunəvi dərslər, eyni zamanda 26 və 322 nömrəli tam orta məktəblərin şagirdləri arasında intellektual bilik yarışı keçirilib. Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar məktəblilərin "Nağıllar aləminə səyahət”i, eləcə də idmançı şagirdlərin çıxışları da maraqla qarşılanıb.