Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 16:15:00
ERASMUS + proqramı üzrə həyata keçrilən layihə çərçivəsində 5 ixtisas fənni üzrə tədris müvəffəqiyyətlə başa çatdırılıb

Avropa Birliyinin maliyyələşdirdiyi ERASMUS+KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) yaradılan “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” magistr proqramı ilə tədris müvəffəqiyyətlə yerinə yetirlir.

 

AzEdu.az xəbər verir ki, 2020-2021-ci tədris ilində sözügedən magist proqramı üzrə 5 ixtisas fənninin tədrisi uğurla başa çatdırılıb.

 

Layihə çərçivəsində növbəti tədris ilində keçirilməsi nəzərdə tutulan digər 8 fənn üzrə tədris materialları hazılanıb və müvafiq ixtisas kafedralarında müzakirə edilərək qəbul edilib.

 

Layihəyə uyğun olaraqnəqliyyat sistemlərində risk və böhran mühəndisliyi, həmçinin risk vəziyyətlərində kompleks nəqliyyat prosesi və sistemlərinin simulyasiyası fənnləri üzrə öyrənmə üsulu uğurla tətbiq edilib. Eyni zamanda tələbələrə öyrəndikləri biliklərin tətbiqi imkanı yaradılıb, onlara müvafiq məsləhətlər verilib.


Məlumat üçün qeyd edək ki, yeni magistr proqramı üzrə 13 ixtisas fənninin tədrisi nəzərdə tutulur. İxtisas fənnlərinin tədrisinə AzTU-nun 4 kafedrasının müəllimləri cəlb edilib.