Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 14:00:00
“Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq

Bu gün saat 19:00-da “Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, budəfəki proqramda Bakı şəhəri 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Bəhruz Mehdiyevin iştirakı ilə uğurlu məktəb barədə danışılacaq.

Xatırladaq ki, proqram hər həftənin çərşənbə axşamı “T-Network”un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
“Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.