Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 13:48:00
Peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan müsahibə mərhələsində 77 nəfər iştirak edib.

 

Hazırda müsahibənin nəticələrinin təhlili aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.
Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü Müsahibə Komissiyası tərəfindən qiymətləndirilib.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün respublika üzrə ümumilikdə 31 vakant yerə üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub.