Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 12:12:00
Azİİ e-Kitab Evinin beynəlxalq informasiya bazasından istifadə imkanları genişləndirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azİİ e-Kitab Evinin “EBSCO HOST” akademik informasiya bazasından istifadə imkanları genişləndirilir.

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun xətti ilə bu ali məktəbin professor-müəllim və tələbə heyəti, Azİİ e-Kitab Evinin oxucuları üçün “EBSCO HOST” elektron platformasının resurslarından istifadə davam edir. Platforma ali məktəb kitabxanaları üzrə nəzərdə tutulmuş konkret sahələrə aid olan məlumatlardan ibarətdir.

Ali məktəb kitabxanaları üçün onlayn istinad sistemi olan “EBSCO HOST” akademik informasiya bazasına http://search.ebscohost.com linki vasitəsilə daxil olmaq mümkündür. Eyni zamanda, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu tərəfindən təklif olunmuş 690 adda yeni, yüksək keyfiyyətli jurnallarda universitetin professor-müəllim və tələbə heyəti məqalələrini yerləşdirə bilərlər.

 

Qeyd edək ki, Azİİ e-Kitab Evi “EBSCO HOST” akademik informasiya bazasının universitet üzrə informasiya təminatçısıdır.

Maraqlanmaq istəyənlər Azİİ e-Kitab Evinin [email protected]. ünvanına müraciət edə bilərlər.