Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 17:45:00
Paytaxtın 305 məktəbində “Kiçik akademiya” fəaliyyət göstərib

2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 305 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərib.

 

AzEdu.az xəbər verir ki, “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin Tədbirlər Planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur.

 

Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib.