Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 17:21:00
“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişlənir

Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

 

AzEdu.az xəbər verir ki, “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib.

 

Layihə BŞTİ-nin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edib.

 

Sözügedən layihə çərçivəsində şagirdlər arasında  “Əsgərə salam” aksiyası təşkil olunub. Həmçinin məktəblilər Vətən Müharibəsində rəşadətli ordumuza dəstək olmaq üçün maraqlı videoçarxlar hazırlayıblar.

 

“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, məktəblilər arasıda bir sıra onlayn yarışlar təşkil olunub.

 

Bundan başqa, təhlükəsizlik və sağlamlığa dair biliklərin artırılması, şagirdlər üçün xüsusi günlərə həsr olunmuş təlimlərin təşkili, sosial-emosional, vətənpərvərlik mövzularında tədbirlər həyata keçirilib.