Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 14:28:00
Bakı məktəblərində müəllimlərin əməkhaqqı miqdarı bu qədərdir-DİQQƏT

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2020-2021-ci tədris ili üçün 702 manat təşkil edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Eyni zamanda, müsabiqə və müsahibələr nəticəsində 1 600 nəfər işə qəbul olunub.

Bunlardan:

 

760  nəfər  müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;

 

580 nəfər  müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

 

260 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.