Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 10:48:00
Dövlət İmtahan Mərkəzində beynəlxalq rus dili imtahanı keçirilib  

Dövlət İmtahan Mərkəzində (DİM) beynəlxalq rus dili imtahanı (ТРКИ) təşkil edilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan kompüter vasitəsilə keçirilib. Bir namizəd xarici dillər üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) səviyyələri əsasında hazırlanmış ТРКИ imtahanının ən yuxarı səviyyəsi – C2 üzrə imtahan verib. İmtahan nəticələri 7 iş günündən sonra elektron poçt vasitəsilə namizədə göndəriləcək.

 

Qeyd edək ki, hazırda Azərbaycanda təşkil olunan beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

 

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytındakı link vasitəsilə tanış olmaq mümkündür.