Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 09:12:00
Yay fəsli GƏLDİ  

Bu gün Azərbaycana yay fəsli gəlib

 

AzEdu.az-ın məlumatına görə, yay fəsli Bakı vaxtilə saat 07:32:00-da ölkəyə qədəm qoyub.

 

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

 

Qeyd edək ki, bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək.