Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-20 16:55:00
Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlandı  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.