Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-20 13:58:00
Bu məhsulları birlikdə yeməyin

Süd məhsullarının ət yeməkləri ilə birlikdə istifadə olunması zərərlidir.

AzEdu.az xəbər verir ki, bu barədə endokrinoloq, qidalanma üzrə mütəxəssis Tatyana Boçarova danışıb. O, “RİA Novosti”yə verdiyi müsahibəsində bildirib ki, ət və süd məhsulları eyni yeməkdə bir yerdə olmamalıdır.

“Həqiqət budur ki, pendirdə, qaymaqda, süddə və qatıqda olan kalsium dəmirin udulmasını orta hesabla 50-60% azaldır. Uşaqların, hamilə qadınların, anemiya diaqnozu qoyulmuş xəstələrin qidalanmasından danışarkən bunu nəzərə almaq vacibdir”, - ekspert əlavə edib.

Eyni zamanda qəhvə, çay, çörək, kartof, qarğıdalı və makaron da ətdə olan dəmirin sovrulmasını azaldır. Nişasta ilə zəngin qidalarla ət yemək sürətli kökəlməyə səbəb olur.