Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-19 13:12:00
“Metodistin peşəkar portfoliosu” mövzusunda vebinar təşkil olunub  

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən metodik kabinet əməkdaşları üçün növbəti vebinar keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Metodistin peşəkar portfoliosu” mövzusunda təşkil olunan vebinarda metodistlərə peşəkar portfolionun hazırlanmasının əhəmiyyəti, portfolioya daxil olan sənədlər, görülən işlərin nəticələrinin portfolioda necə toplanması, perspektivli fəaliyyətin təşkili üçün zəruri tövsiyələr verilib.

 

Vebinarda spiker qismində MDM-in Əlaqələndirmə şöbəsinin baş mütəxəssisi Aygün İsgəndərova çıxış edib. İştirakçı sayının çoxluğu nəzərə alınaraq vebinar iki növbədə təşkil edilib. Vebinara ölkə üzrə ümumilikdə 400-ə yaxın metodist qoşulub.

 

Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.