Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-19 11:57:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanında 1943 namizədin iştirakı gözlənilir  

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə iyunun 20-də keçiriləcək test imtahanında iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd qeydiyyatdan keçib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçiriləcək imtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.