Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-19 10:27:00
AzTU ilə Yıldız Texniki Universiteti arasında birgə Tədris-tədqiqat Mərkəzinin yaradılacaq-Vilayət Vəliyev

 

AzTU və Yıldız Texniki  Universiteti  arasında beynəlxalq təhsil əməkdaşlığı üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu  rektorlar Vilayət Vəliyev və Tamer Yılmaz imzalayıb.

 

Sənədə əsasən, hər iki universitet qarşılıqlı maraq doğuran sahələrdə təhsil, tədqiqat və tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq edəcək.

 

AzEdu.az  xəbər  verir ki, AzTU  rektoru  Vilayət  Vəliyev  əməkdaşlıq  çərçivəsində  birlikdə  yeni  layihələr  keçiriləcəyini qeyd  edib:

 

 

“Yıldız Texniki Universiteti ilə təhsil, tədqiqat, tələbə-müəllim mübadiləsi sahələrində əməkdaşlığa dair Müqavilə imzaladıq. Universitetlərimiz ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığı, birgə Tədris-tədqiqat Mərkəzinin yaradılması, elmi konfransların təşkili, tələbə və müəllimlər üçün mübadilə proqramlarında iştirak istiqamətində konkret fəaliyyət həyata keçirəcək, tədris və araşdırma layihələrini birlikdə gerçəkləşdirəcəyik!”