Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-19 10:12:00
Əzəmətli UNEC – 91 yaşında!

 

"Zəngin tarixə malik, yeni hədəflər və uğurlar yolunda inamla addımlayan doğma universitetimiz artıq 91 yaşına qədəm qoyur".

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Azərbaycan  Dövlət  İqtisad Universitetinin  rektoru  Ədalət  Muradov  deyib.

 

Rektor, 91  yaşına  qədəm  qoyan  ali  təhsil  müəssisəsinin  uğurlu  fəaliyyətinə  diqqət çəkib:

 

“Hər dövrdə təhsilin inkişafına özünəməxsus töhfələr qazandıran, yorulmadan və inamla çalışanların, həvəslə elm aşılayan müəllimlərimizin, zəhmətkeş alimlərimizin sayəsində UNEC bu gün də gənclərin həyatında yeni səhifələr açmaqda davam edir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsil sahəsinə göstərdikləri xüsusi diqqət və qayğı sayəsində UNEC insan kapitalının və elmin inkişafı yolunda əzmlə çalışmaqda davam edir”.

 

Rektor, son  olaraq  bu  münasibətlə  UNEC  heyətini  təbrik edib:

 

“Parlaq bir gələcək üçün milli dəyərlər yaradan bütün UNEC ailəsini - müəllimləri, əməkdaşları, tələbə və məzunlarımızı, eləcə də universitetimizə hər zaman dəstək olanları bu özəl gün münasibəti ilə təbrik edir, təhsil naminə şərəfli fəaliyyətdə yeni-yeni uğurlar arzu edirəm”.