Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 18:00:00
“Məqsədimiz sentyabr ayının 15-i ənənəvi təhsilə qayıtmaqdır”- Emin Əmrullayev

 

Bununla  bağlı  vaksinasiya  pandemiyanın  bitməsi  və  ənənəvi  təhsilin  bərpası  üçün  bizim  yeganə yolumuz  və  əsas  silahımızdır.

 

AzEdu.az  xəbər  verir  ki, Təhsil  naziri  Emin  Əmrullayev  AzTV-də  yayımlanan  “Hədəf” verilişində  qeyd  edib.

 

Nazir, bu vaksinasiyanın  hər  iki  mərhələsindən  keçən  təhsil  işçilərinin  sayını  açıqlayıb:

 

“Bu  günə  olan  son  rəqəmə  əsasən, ümumi  təhsil  müəssisələri  üzrə  122 min 348  təhsil  işçisi  peyvəndin  iki  mərhələsi  üzrə  vaksinasiyadan  keçib.Bu  rəqəmə  təhsil  müəssisələrində  fəaliyyət  göstərən  texniki  işçi  heyəti  də  daxildir. Bir  qisim  insan  artıq  yoluxduğu  üçün  onlarda  virusa  qarşı  immunitet  formalaşıb,  digər  bir  qisim  müvafiq  xəstəliklər  səbəbi  ilə  vaksinasiyadan  keçə  bilmir”.

 

Nazir, peyvənddən  imtina  edən  müəllimlərdən də  danışıb:

 

“Çox  az  sayda  müəllim  vaksinasiyadan  imtina  edir, ancaq  düşünürəm  ki,növbəti  müddətdə  onları  vaksinasiyanın  vacibliyinə  inandıra  biləcəyik. Çünki  bu  həm də  onların  şəxsi  sağlamlığı  üçün  əhəmiyyətlidir”.