Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 17:35:00
Kreditlər bu tələbələrə veriləcək-RƏSMİ

"Kreditlərin verilməsi əsasən iki qrup üçün nəzərdə tutulur. Bunlar, sosial baxımdan həssas ailə qrupunu əhadə edən sosial kreditlər və digər qrup tələbələri əhatə edən standart kreditlərdir.


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.


Nazir bildirib ki, sosial kreditlərin verilməsi ilə bağlı vacib məqamlardan danışıb:

 

“Sosial kreditlər əsasən, sosial həssas ailə qrupundan olan tələbələrə veriləcək və bu kreditlərin illik faiz dərəcəsi kifayət qədər aşağı olacaq. Qaydalar hələ tam müəyyənləşməyib, amma biz 3-5 illik istehlak kreditləri deyil, tələbənin təhsil müddətini bitirdikdən və iş tapdıqdan sonra müəyyən möhlət hüququ olmaqla 20 illik bir müddətdə krediti ödəyə bilməsini nəzərdə tutmuşuq. Düşünürəm ki, məbləğ elə də yüksək olmayacaq və tələbə bu müddət ərzində krediti ödəyə bilər”.

 

Təhsil naziri, standart kreditlərin verilməsi üçün vacib olan tələbləri vurğulayıb:


“Eyni zamanda biz standart kreditlər də nəzərdə tutmuşuq. Bu isə daha çox təhsildə keyfiyyəti artırmaq məqsədi daşıyır və tələbələrin müvafiq Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə (ÜOMG) yaxud təhsil naliyyətlərinə uyğun olaraq həmin kreditlər veriləcək. Bu kreditlər tələbənin bütün təhsil haqqını, yaxud bir hissəsini əhatə edə bilər. Növbəti tədris ilində bu məqsədlə Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlə 80 milyon manata qədəör vəsait nəzərdə tutulub”.