Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 17:06:00
Ali təhsil sistemi və tələbələri üçün yeni imkanlara yol açacaq-Emin Əmrullayev

“Düşünürəm ki, dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən təhsil tələbə kreditlərinin Azərbaycanda da mövcud olması Azərbaycan ali təhsil sistemi və tələbələri üçün yeni imkanlara yol açacaq. Əsasən, bu əlçatanlğın və keyfiyyətin artırılmasıdır”.


AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində qeyd edib.

 

Nazir bir ay ərzində ictimaiyyətə ətraflı məlumatın veriləcəyini bildirib:


“Təhsilin maliyyələşməsi həmişə şaxələnməlidir, müxtəlif alətlər mövcud olmalıdır. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanda müvafiq tapşırıqlar öz əksini tapıb. Bu barədə bir ay ərzində, qaydalar müəyyənləşdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.