Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 14:55:00
DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd xarici dil imtahanından azad olunub

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinə (DİM) müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 11:00-da başlanır. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinə yetirilməsinə (xarici dil üzrə doktoranturaya qəbul imtahanında esse yazılmasına, xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə vizual məlumatın yazılı təsviri üçün) ayrılır.

Qeyd edək ki, iyunun 20-də DİM tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.