Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 12:00:00
Təhsil naziri: Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq  

Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmayacaq.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

 

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.