Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-18 11:34:00
Təhsil naziri:Tələbə kreditini 20 il müddətinə qaytara biləcək  

Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək.

AzEdu.az-ın məlumatına görə,  bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit alan tələbə yaxşı oxuyarsa ona müəyyən güzəştlər olunacaq.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.