Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-17 11:00:00
Alimlər ABŞ-da yeni koronavirusun 2019-cu ildə peyda olduğunu ehtimal edirlər  

ABŞ-da COVID-19 infeksiyasına ilk yoluxma halları çox güman ki, hələ rəsmən qeydə alınmamışdan öncə - 2019-cu ilin dekabr ayında baş verib.

 

AzEdu.az xəbər verir ki, ABŞ milli səhiyyə institutlarının (NIH) mütəxəssislərinin məlumatına əsasən, Birləşmiş Ştatların 50 ştatının sakinlərindən 2020-ci il yanvarın 2-dən martın 18-dək alınan 24 min qan nümunəsinin tədqiqatı zamanı İllinoys, Massaçusets, Missisipi, Pensilvaniya və Viskonsin ştatlarının doqquz təmsilçisində SARS-CoV-2 virusuna qarşı anticisimlər aşkarlanıb.

 

Müsbət nümunələrin əksəriyyəti bu ştatlarda qeydə alınmış ilk yoluxma hallarından əvvəlki dövrə aiddir. Bununla yanaşı, ABŞ-da hələ də hesab edirlər ki, COVID-19 infeksiyası Sietl və Nyu-York ştatlarından yayılmağa başlayıb.(Azərtac)