Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-15 12:24:00
Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək  

İyunun 16-dan etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, məşqçilik (61) və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (Forma-86).

 

İdman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.