Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-15 09:48:00
Özü öldü, amma təqaüd proqramı neçə-neçə tələbəyə xeyir GƏTİRƏCƏK  

Böyük Britaniyanın 10 İngilis Tədqiqat və İnnovasiyası Stiven Hokinq Təqaüdlərini növbəti beş il üçün riyaziyyat, fizika və kompüter elmləri sahələrində verəcək.

 

Bu haqda AzEdu.az xarici KİV-ə istinadən xəbər verir.

 

İngiltərənin təhsil naziri Sam Giymah təqaüdün İngiltərədəki təşkilatlarda riyaziyyat, fizika və kompüter elmlərindən  məzun olan tələbələrə işlərini daha da yüksəltməyə şərait yaradacağını bildirib.

 

Bu təqaüd proqramı professorun ailəsi ilə razılıq əsasında tətbiq edilib.

 

Ailəsi bu təqaüdlərin onun adına veriləcəyi üçün çox sevindiklərini bildiriblər.

 

Qeyd edək ki, dünyaca məşhur fizik Stiven Hokinq bu ilin mart ayının 14-də Kembricdə 76 yaşında vəfat edib. Onun külü iyunun 15-də Londondakı Vestminister abbatlığında İsaak Nyuton və Çarlz Darvinin məzarı arasında basdırılacaq.