Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 17:51:00
Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə AzTU rəhbərlikləri arasında görüş keçirilib-FOTO  
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ilə Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərlikləri arasında görüş keçirilib.
 
 
AzEdu.az xəbər verir ki, ARTİ-də baş tutan görüşdə Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, prorektor Sübhan Namazov, Keyfiyyətin idarə olunması şöbəsinin müdiri Təhminə Yaqubova, ARTİ tərəfdən direktor Rüfət Əzizov, direktor müavini Nəcibə Mustafayeva, Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova və Təhsildə strateji tədqiqatlar proqramının rəhbəri Könül Abaslı iştirak ediblər.
 
 
ARTİ ilə AzTU arasında əməkdaşlıq yollarının genişləndirilməsi məqsədilə və təcrübə mübadiləsi imkanlarının yaradılması üçün birgə tədqiqat işlərinin aparılması, AzTU-nun tələbə və məzunlarının elmi tədqiqat işlərinin və innovasiyalarının tətbiqini genişləndirməsi, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli xidmətlər göstərməsi üçün ARTİ ilə birgə tədbirlərin həyata keçirilməsi müzakirə olunub.