Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-11 09:24:00
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçən abituriyentlərin NƏZƏRİNƏ  

Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən dizayn (14), dekorativ sənət (15), məşqçilik (61), fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında da məlumat veriləcək.