Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 13:24:00
MİQ-in müsahibə mərhələsində müəllim namizədlərə ən çox bu suallar verilir-DİQQƏT

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.  Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi

 

Qarşıdan  MİQ müsabiqəsinin müsahibə mərhələsi gəlir. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanan namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

 

MİQ imtahanlarının müsahibə mərhələsində namizədlərə ən çox verilən sual nümunələrini təqdim edirik:

 

“Təhsil haqqında” qanun nə vaxt təsdiq edilib?

 

-“Təhsil haqqında” 19 iyun 2009-cu ildə qəbul edilib.

 

Şagirdlərin tədris prosesinə cəlbində hansı boşluqları görürsünüz və bunu necə aradan qaldırarsınız?

 

-Müəllimlər şagirdlərin yaxşı tədris almasını istəsələr də, hər uşaqda bu alınmır. Eyni müəllim və eyni tətbiq olunan proqrama, yaradılan şəraitə baxmayaraq, şagirdlərin dərsdə nailiyyətləri fərqlidir. Bir qisim şagirdlər dərslərini həvəslə oxusalar da, bir qismi kitabın üzünü belə açmaq istəmir. Bu  problem əksər hallarda valideynləri çarəsiz qoyur. Şagirdləri dərs oxumağa həvəsləndirmək üçün ilk növbədə müəllim özünü şagirdə sevdirməlidir: ― Buna görə müəllim şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq fərdi yanaşma metodları seçməlidir.

 

Referendum nədir?

 

-“Referendum” latın sözü olub, məlumat  verilməli mənasını daşıyır.  Xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün ümumxalq sorğusu və ümumi rəy sorğusudur.

 

Şagird sizə cavabını bilmədiyiniz sual versə, nə edirsiniz?

 

Açıq şəkildə bilmədiyinizi etiraf edin. Cavabı öyrənib onlara izah edəcəyinizi mütləq qeyd edin

 

-Beynəlxalq təşkilatlardan hansıları tanıyırsınız?

 

–Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Turizm Təşkilatı, YUNESKO, UNİCEF

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları