Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 13:36:00
Lisey və gimnaziyalara onlayn qeydiyyat başa çatır  

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara onlayn qeydiyyat prosesi bu gün saat 17:00-da dayandırılacaq.

 

AzEdu.az xəbər verir ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

 

Qəbul imtahanları əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə aşağıdakı tarixlərdə keçiriləcək:

 

6-cı siniflərə qəbul imtahanı (hazırda 5-ci sinifdə təhsil alan şagirdlər) - 16 iyun

5-ci siniflərə qəbul imtahanı (hazırda 4-cü sinifdə təhsil alan şagirdlər) - 17 iyun

7-ci siniflərə qəbul imtahanı (hazırda 6-cı sinifdə təhsil alan şagirdlər) - 18 iyun

8 və 9-cu siniflərə qəbul imtahanı (müvafiq olaraq hazırda 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər) - 21 iyun

 

5, 6, 7 və 8-ci siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri ilə yanaşı, qeyri-standart düşünmə bacarıqları da yoxlanılacaq. 9-cu siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərə isə məntiqi təfəkkürün əvəzinə fizika və kimya fənləri üzrə suallar da təqdim olunacaq.

 

Qeyd edək ki, bu günə qədər 11 minə yaxın şagird qeydiyyatdan keçərək buraxılış vərəqi əldə edib.