Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 14:12:00
Paytaxtda yerləşən 77 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib  

2020-2021-ci tədris ilində paytaxtdakı 77 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM təhsil metodu şagirdlərə beş sahənin, elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihənin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərinin tətbiqi ilə innovativ texnologiyalardan istifadə etmək qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq olunmasıdır.