Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 12:48:00
Ali təhsil üçün niyə intihar edirik?

Universitet oxumaq o nadidə hissdimi? Ali Təhsil almasaq kim olacağıq?

 

...neçə müddətdir ki, ölkəni bu fəsildə abituriyentlərin intihar xəbəri məyus edir. Bu aspektdə psixoloqlar, təhsil ekspertləri danışır, deyir, amma bu faciə hər il yaşanır.

 

 

17-i yaşına çatmış yeniyetmə heç nə düşünmədən həyatına son qoyur. Öz acizliyinə boyun əyir... Amma başadüşüləndir. O yaşda düşüncələrin eyforiyaya qapıldığı anlar olur. Hansımız yaşamamışıq ki?

 

Maraqlı olan odur ki, niyə görə məhz təhsil üçün? Yoxsa valideyn basqısından? İndi bu müəammalı qalan sualların ardıyca düşmək vaxt itkisi olar. Amma gəlin ölkədəki təhsildən danışaq.

 

Əgər o uşaq universitetə qəbul olub oxusaydı, sonra görəcəkdi ki, bu təhsilə görə özünü öldürməyə dəyməz. Bu universitetə görə, bu müəllimlərin qarşısında oturmağa görə özünü asmağa, atmağa dəyməz.

 

Ali təhsil müəssisələrində təhsil-tədrislə bağlı çoxumuzun məlumatı var. Necə eybəcər, necə köhnəlmiş klassik düşüncələri sırmaqlar var. 70 yaşında bir müəllim eynəyi ilə gözlərini səhv sala-sala nəsə oxuyub gedəcəksə o təhsili neynirik?

 

Yadımdadır ki, bizə də 70-dən çox yaşlı bir professor dərs deyirdi. Mühazirə zalında 90 dəqiqə günü ah-vayla keçirdi. Öz yazdırdığını danışan uşağı qovurdu. Çünki yaddaşı demək olar ki, qalmamışdı.

 

Bəli, bu hələ nədir ki...?

 

Amma yenə qayıdıram valideyn və məktəb məsuliyyətinə. İnanmıram ki, valideyn uşağına deyib ki, imtahan da, ali təhsil də sənin sağlığından, varlığından önəmli deyil. İnanmıram ki, məktəbdə psixoloq və məktəb direktorları şagirdlərlə istişarə edib onlara adi şeylərin lüzumsuz olduğunu başa salmırlar.

 

Çox təəssüf ki, ali təhsil almaq şöhrətpərəstliyi üçün valideynlər övladlarından”imtina” edirlər!...

Ruzbeh