Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 13:36:00
Nazirliklər yanında İctimai şuralar niyə tənqid etmir, ancaq tərifləyir?..  

Nazirliklər yanında İctimai şuralar yaradılıb. Amma bu qurumların işi cəmiyyətdə birmənalı qarşılanmır. Sözügedən qurumlar adından da göründüyü kimi, nazirliklərin fəaliyyətinə ictimai nəzarət həyata keçirməli, yeri gələndə tənqid etməlidir. Ancaq müşahidələr göstərir ki, bütün İctimai şuralar sanki nazirliyin bir strukturudur və ancaq rəsmi qurumu tərifləməklə məşğuldur.  

 

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin rəhbəri, QHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadə Modern.az-la  söhbətdə məsələyə münasibət bildirib.

O xatırladıb ki, İctimai şuraların yaradılması 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Qanuna və 30 may 2014-cü tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilən “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsaslanır.

“2014-2019-ci illərə diqqət etsək, bu dövrdə 33 mərkəzi icra hakimiyyəti orqanından 11-də İctimai şuralar yaradılmışdı. Demək olar ki, həmin dövrdə əksər mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan İctimai şuralar qapalı formatda və vətəndaş cəmiyyətinin əksər hissəsinin iştirakı olmadan formalaşmışdı.

Bu il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ictimai nəzarətə toxunması və eyni zamanda ölkə başçısı tərəfindən təsdiq olunan  “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” İctimai şuralar ilə bağlı yeni mərhələnin başlanğıcı oldu”.