Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-09 10:24:00
Pandemiya ilə əlaqədar həkimlik ixtisasına tələbat 5 dəfə artıb-Nazir müşaviri

“Terapevt və pediatr ixtisasları üzrə artım 2021-ci ildə 10 dəfə olub”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Nəsibov şəxsi facebook səhifəsində yazıb.

 

 

O, 2021-ci ildə hansı ixtisasların daha çox tələbat doğurduğundan bəhs edib:

 

 

“RİA Novosti-nin məlumatına görə, 2021-ci ilin ən çox tələb olunan ixtisasları siyahısına teletibb-həkim ixtisası liderlik edir. Məlumatda qeyd edilir ki, teletibb-həkimlərə olan tələbat pandemiya ilə əlaqədar 5 dəfə artmışdır. Terapevt və pediatr ixtisasları üzrə isə bu artım 10 dəfə olmuşdur.

 

 

Eyni zamanda, dünyada ekologiya, naviqasiya, robototexnika və Arktik şəraitdə tikinti mütəxəssislərinə tələbatın artması trendi də müşahidə olunur.

 

 

Dron pilotları, kibertəhlükəsizlik üzrə mütəxəssis, 3D çapı mühəndisi və virtual reallıq üzrə dizaynerlərə olan tələbat da sabit şəkildə artır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları