Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 16:44:00
Magistraturada yekun dövlət attestasiyası keçiriləcək-RƏSMİ

“Kolleclərdə bütün ixtisaslar üzrə, bakalavr səviyyəsində isə bəzi istisnalar olmaqla yekun dövlət attestasiyası (dövlət imtahanı və ya buraxılış işi) Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) əsasında müəyyən ediləcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

 

“Magistraturada yekun dövlət attestasiyası keçiriləcək. Bu olduğu kimi qalır. Tələbə öz nəticələrindən narazı qalarsa bu halda universitetlər onlar üçün imkan və şərait yaradılacaq ki, sınaqlarda iştirak etsin”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları