Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-07 11:49:00
MİQ müsabiqəsindəki dəyişikliklər, açıqlanan nəticələr – Həftənin təhsil icmalı

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 31 may-6 iyun təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Ümumi orta təhsil səviyyəsi üzrə iyunun 2-3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb:

 

 Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 2-3-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, imtahan nəticələri DİM-in saytına yerləşdirilib. 

 

 

Ümumi təhsil müəssisələrində "Yay məktəbi" təşkil ediləcək:

 

 

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

 

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır:

 

 

İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır.

 

 

 

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb:

 

 

Nazirliyin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

 

 

Milli qiymətləndirmənin nəticələri təhlil edilib:

 

 

Təhsil İnstitutu 5-12 martda keçirilən milli qiymətləndirmənin nəticələrini təhlil edib.

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə, nəticələrə əsasən, qızlar qiymətləndirmədə iştirak edən şagirdlərin 52 faizini təşkil edərək oğlanlardan daha yüksək nəticə göstəriblər.

 

 

20 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verib:

 

 

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

 

Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

 

 

İyunun 9-10-da 43 638 şagird buraxılış imtahanı verəcək:

 

 

Dövlət İmtahan Mərkəzi 9-10 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirəcək.

 

 

Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

 

 

“Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər qəbul edilib:

 

 

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

 

Sənədə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları