Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-16 12:37:00
Yol mühəndisi olmaq üçün neçə bal toplayıb, hara qəbul olunurlar? – GÜNÜN PROBLEMİ

İyulun 15-də Bakı şəhəri  Nəsimi rayonu  Cəlil  Məmmədquluzadə küçəsindəki yolda baş verən çökmə hadisəsi nəqliyyatın hətəkətində müəyyən  əngəllərə səbəb olub.

Çökmə 2-3 metr dərinlikdə və təqribən, 150 kv.m sahədə baş verib. Yolun çökmüş hissəsinin bərpasına başlanılsa da, məlumdur ki, belə hadisələr ilk deyil. Hadisə baş verən zaman yolda nəqliyyat vasitələrinin olmaması da xoş təsadüfdür və  itki ehtimalını sıfıra endirib.

Hadisənin araşdırılması və fəsadlarının aradan qaldırılması üçün olay yerinə mütəxəssislər cəlb olunub.

Amma bu hadisə həm də bir sualı ortaya qoyur: Bizdə yol tikintisi üzrə peşəkar kadr, mütəxəssis hazırlığı necədir? Hansı universitet və kolleclərin hansı fakültəsi bu mütəxəssisləri hazırlayır və nə dərəcədə?

Həmçinin,  ölkədə nəqliyyat yollarının  tikintisi üzrə ixtisaslaşmaq üçün neçə bal tələb olunur? Ümumiyyətlə tələb olunan bal savadlı mütəxəssis hazırlamaq üçün kifayət edir?

AzEdu.az ölkə universitetlərində  tikinti mühəndisliyi üçün lazım olan keçid ballarını təqdim edir:

Bakı Dövlət Universitetində Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə əyani təhsil almaq üçün 345, qiyabi təhsil üçün isə 200 bal tələb olunur. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi fakültəsində ödənişli təhsilin keçid balı 200, dövlət sifarişli isə 338-dir.

Azərbaycan Texniki Universitetində Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasında əyani və ödənişli təhsil üçün 254, dövlət sifarişli təhsil üçün isə 338 bal tələb olunur. Qiyabi formada ödənişli və dövlət sifarişli təhsilin keçid balı isə uyğun olaraq 200 və 339-dir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat mühəndisliyi fakültəsi üzrə əyani və ödənişli təhsil almaq üçün 255, ödənişsiz isə 411 bal tələb olunur. Eyni fakültədə qiyabi formada təhsil üçün 250 bal kifayətdir. Həmin fakültədə tədrisin ingilis dilində aparılması üçün isə 465 bal tələb olunur. Nəqliyyat tikintisi mühəndisliyi üzrə ödənişli təhsilin keçid balı 250, dövlət sifarişli 337-dir.

Yer quruluşu,torpaq və şəhər kadastrı fakültəsinin keçid balı 322-dir

Azərbaycan  Dövlət Aqrar Universitetində eyni fakültənin ödənişli əsaslarla keçid balı 200, dövlət sifarişli isə 307-dir.

Qərbi Kaspi  Universitetində bu fakültə üzrə oxumaq üçün 200 bal kifayətdir.

Bakı Mühəndislik Universitetində İnşaat mühəndisiyi üzrə ödənişli əsaslarla oxumaq istəyənlər 250, dövlət sifarişli təhsil almaq istəyənlər isı 429 bal toplamalıdırlar.

Xəzər Universitetinin İnşaat mühəndisliyi fakültəsinin keçid balı isə 250-dir. Amma burada dövlət sifarişi ilə təhsil almaq üçün 435bal toplamalısınız.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları