Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-05 13:36:00
Müəllimlər builki MİQ müsabiqəsində maksimum neçə  vakant yer seçə bilərlər? - RƏSMİ 

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər.

 

Təhsil Nazirliyindən AzEdu.az-a  bildirilib ki, namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.

 

Xatırladaq ki, iyunun 4-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu prosesinə başlanılıb. Sənəd qəbulu iyunun 11-dək davam edəcək.

 

Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir. Elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.