Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-02 11:47:00
Respublikanın 12 şəhər və rayonunda buraxılış imtahanları keçirilir  

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 12 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən bildirilib ki, imtahanlar Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron (1-ci hissə), Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında təşkil olunub. Bu imtahanlarda 18609 şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanlar saat 11:00-da başlanıb.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılışı rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi cəlb edilib.