Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 09:12:00
“Qarabağ” Ağdamda güclü bir universitet brendi olacaq-Ədalət Muradov
“Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaqdır".
 
AzEdu.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru, professor Ədalət Muradov facebook səhifəsində paylaşıb. O, universitetin özəlliklərini də qeyd edib:
 
Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:
 
- ”tələbə mərkəzli” universitet;
 
- öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;
 
- fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet;
 
- təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”;
 
- XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;
 
- distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;
 
- dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;
 
- rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;
 
- xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;
 
- “Smart universitet”;
 
- ŞƏHİD övladlarının təhsil aldığı universitet.
 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları