Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-15 12:50:31
Lütfi Zadə birinci oldu

Google  Scholara görə son üç ildə və ümumilikdə Stiven Hokinq, Albert Eynşteyn, Aziz Sancar və Lütfi Zadənin elmi əsərlərinə edilən istinadların sayı açıqlanıb.

AzEdu.az xəbər verir ki, ən çox istinad Lütfi Zadənin elmi əsərlərinə olunub. Belə ki, onun elmi əsərlərindən 195 205 dəfə istifadə edilib.

Stiven Hokinqin elmi əsərlərinə 132 016, Albert Eynşteyninkinə isə 115 951 dəfə istinad olunub.

Aziz Sancar isə 46 058 istinadla sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, elmi əsərlərinin geniş tətbiq olunmasına görə dünya səviyyəli alimləri qabaqlayan Lütfi Zadənin araşdırmalarına 2015-ci ildə 12 215, 2016-cı ildə 11 868, 2017-ci ildə isə 11 087 dəfə istinad olunub. Statistikada illər ötdükcə istinad sayının azalması tendensiyası da diqqət çəkib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları