Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 17:17:00
Gündə ən azı bir portağal yesəniz... - Sidney alimləri müəyyənləşdiriblər ki...

AzEdu.az-ın məlumatına görə, Moderator.az Rusiya mətbuatına istinadən bildirir ki, Sidney universitetindən olan avstraliyalı alimlər müəyyənləşdiriblər ki, gündə ən azı bir dənə portağal yemək gözün tor görməsinin degenerasiyasını və görmə ilə bağlı digər problemlərin inkişafını xeyli azaldır. Bu barədə American Journal of Clinical Nutritionda dərc olunan məqalədə deyilir.

“Hətta, əgər siz portağal və ya sitrusları həftədə bir dəfə yesəniz, yenə də gözlərinizin sağlamlığı xeyli yaxşılaşar” - materialda deyilir.

Tədqiqatçılar təsdiqləyir ki, buna portağalın ləti və qabığında olan flavonoidlər kömək edir.