Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-27 14:49:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Universitetdən AzEdu.az-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb.

Gündəliyə uyğun olaraq, iclasda “2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” hesabat dinlənilib. MDU-nun prorektor əvəzi Veysəl Əyyubov tərəfindən təqdim olunan hesabatda Azərbaycan Respublikasının Təhsil nazirinin “2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrindən irəli gələn vəzifələr, eləcə də bununla bağlı MDU rektorunun aidiyyəti əmri ilə struktur bölmələrə verilən konkret tapşırıqlar və onların icrası vəziyyəti haqqında ətraflı məlumat verilib.
Müzakirələrdən sonra pandemiya dövründə cari yaz semestri üzrə dərslərin mövcud qaydalara uyğun keçirildiyini qeyd edən rektor MDU-nun professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların yüksək həmrəyliyi və böyük əməyi sayəsində tədris prosesinin uğurla təşkil edildiyini və imtahan sessiyasına hazırlığın qənaətbəxş səviyyədə olduğunu bildirib, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq tapşırıqlarını verib. Hesabat Elmi Şura üzvləri tərəfindən qəbul edilib.

İclasda Ş.Bayramov üç gün əvvəl qardaş Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin rektoru Musa Yıldızın Azərbaycana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə MDU-da olmasından, universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşündən və əməkdaşlıq protokolunun imzalanmasından danışıb. Qazi Universitetinin MDU ilə hərtərəfli işbirliyinə açıq olduğunu bildirən rektor universitetin bütün kollektiv üzvlərini yaradılan şəraitdən fəal surətdə faydalanmağa çağırıb və aidiyyəti struktur bölmə rəhbərlərinə bununla bağlı müvafiq tapşırıqlarını verib.

Sonra MDU-nun Tələbə Gənclər Təşkilatının bir qrup üzvlərinin könüllü olaraq vaksinasiyada iştirakını yüksək qiymətləndirən rektor tələbələrin və onların yaxınlarının sağlamlıqları üçün bu məsələyə diqqətin daha da artırılmasının, müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinin önəmini vurğulayıb.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.