Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 16:28:27
Hollandiya təhsilinin özəllikləri – Məktəblərdəki tam fərqli sistemi

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Hollandiya eyni zamanda, ən yaxşı təhsil verən məkanlardan sayılır. Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Hollandiya ingilis dilində bakalavr və magistr təhsili verən ilk qeyri-ingilisdilli ölkədir. Hollandiyada  ingilis dilində təhsil almaq üçün 2100-dən çox proqram vardır. Ölkənin 95% səlis ingilis dilində danışır.

AzEdu.az Hollandiya  təhsilini fərqləndirən özəllikləri təqdim edir:

Hollandiyada 4 yaşdan aşağı uşaqlar üçün məktəbəqədər təhsil nəzərdə tutulmayıb. Onlar üçün xüsusi uşaq qayğı mərkəzləri fəaliyyət göstərir. Qayğı mərkəzləri 6 aydan 3 yaşadək uşaqlar üçün nəzərdə tutulub.

Hollandiyada ibtidai təhsil 4 yaşdan 12 yaşadək davam edir.

İbtidai məktəblər özəl və ya dövlətə məxsus təhsil ocaqlarına bölünür. Bu iki məktəb arasında yeganə fərq ondan ibarətdir ki, özəl məktəblər uşaqları qəbul edərkən seçim apara bildikləri halda, dövlət məktəbləri bu imkandan məhrumdur.

Orta məktəbə qədər təhsildə ev tapşırığı olmur.

Orta məktəblərə şagirdlər 12 yaşından sonra qəbul edilir. Uşaqların məktəbə getməsi icbaridir. Səkkizillik ibtidai təhsildən sonra şagirdlər test imtahanları verirlər

Tədris proqramlarının  mürəkkəbliyinə görə fərqlənən ölkədir belə ki,    başqa  ölkələrdə adətən universitetlərdə   tədris olunan  təhsil metodikası, mühasibat uçotu, tibbin əsasları, iqtisadiyyat kimi fənlər  Hollandiya  məktəblərində  tədris olunur.

Hollandiyada ali təhsil sistemi üçpilləlidir. Birinci pillədə üçillik və dördillik bakalavr proqramları təklif edilir. Təhsilin sonunda humanitar və ya təbiət elmləri bakalavr dərəcəsi verilir. Dərəcənin alınması üçün üçillik təhsildə  180 və ya dördillik təhsildə 240 kredit (Avropa Kredit Transfer Sisteminə əsasən) almaq lazımdır.

Hollandiyada ali təhsil ocaqlarının iki növü vardır: universitetlər və ali texniki məktəblər. Ali texniki təhsili politexnik təhsil müəssisələrində və kolleclərdə almaq olar.